Həştərxanda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçiriləcək.
Modern.az-ın məlumatına görə, bu səbəbdən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədir.
Komitə sədri burada Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, səfər dekabrın 13-də başa çatacaq.