Modern.az

Milli Məclis beynəlxalq Konvensiyanı ratifikasiya etdi 

Milli Məclis beynəlxalq Konvensiyanı ratifikasiya etdi 

Parlament

2 Fevral 2026, 15:08

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını ratifikasiya edilib.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, konvensiyaya əsasən, hər bir üzv dövlət milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq etməlidir. Dövlətlər işçilərin təhlükəsiz və sağlam istehsalat mühiti hüququnu bütün müvafiq səviyyələrdə təşviq və inkişaf etdirirlər.

Sənəddə qeyd edilib ki, konvensiyaya üzv olan dövlətlər milli siyasətini hazırlayarkən milli şərait və təcrübə nəzərə alınmaqla, eləcə də işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında peşə risklərinin və ya təhlükələrinin qiymətləndirilməsi, peşə riskləri və ya təhlükələri ilə onların baş vermə mənbəyində mübarizə, məlumatlandırma, məsləhət və təlimlər daxil olmaqla əməyin təhlükəsizliyi və gigiyenası sahəsində milli profilaktik mədəniyyətin inkişaf etdirilməsi kimi təməl prinsipləri təşviq edirlər.

Bundan əlavə, üzv olan dövlətlər işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir, tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirirlər.

Dövlətlər işəgötürənlərin və işçilərin en çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyib hazırlamalı, həyata keçirib, monitorinq etməli, qiymətləndirərək, dövri şəkildə nəzərdən keçirməlidirlər.

Qanun layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!