Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd edilir ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il - 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.
Məsələ səsə qoyularaq yekdilliklə qəbul edilib.