Modern.az

Zahid Oruc: Özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan...

Zahid Oruc: Özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan...

Parlament

20 Fevral 2026, 11:34

Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc bildirib. 

"Vətəndaşlığını və mənliyini itirən emin hüseynovların demokratiya sualı, əslində, Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücum  kampaniyası idi. Ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır. Demokratiya sualını-torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münhen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər".

Deputat Emin Hüseynovun təxribatçı fəaliyyətini kəskin tənqid edib.

"Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü  iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir. Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır.  Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban  xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan  böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil,  bütün  azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu. Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal  altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız. Emin və mehman hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün, indi hansı qüvvələrlə savaşırıq", o deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi