Azərbaycan Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisini və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmirini həyata keçirəcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Milli Məclisin bugünkü iclasında bildirib. O qeyd edib ki, Azərbaycan ilk gündən Suriyaya qardaş dəstəyini göstərdi, qaz ixracına başladı, infrastrukturun bərpasında iştiraka hazır olduğunu bəyan etdi.
“Azərbaycan Fələstin məsələsində də hər zaman öz mövqeyi açıq ifadə edib, nümayəndəlik açıb, məktəb inşa edib. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində qarşısına Qəzzanın bərpası məqsədini qoyan “Sülh Şurasının” təsisçilərindən biridir”.
“Bu gün isə Azərbaycan dünyada sülhün bərpasını qarşısına məqsəd qoymuş Sülh Şurasının təsisçilərindən biridir. Dünən Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün bütün dünya Azərbaycanın bu tarixi nailiyyətlərini heyranlıqla izləyir. Bütün bunlara Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində nail olub. Heç bir çirkin kompaniya, təxribat bu siyasətə xələl gətirə bilməz” – deputat sonda bildirib.