Modern.az

Spiker deputata irad tutdu

Spiker deputata irad tutdu

Parlament

20 Fevral 2026, 12:38

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tənzilə Rüstəmxanlıya irad tutub. 

Modern.az xəbər verir ki, “Uşaq hüquqları haqqında” qanun layihəsindən danışan T. Rüstəmxanlı adət-ənənələrimizin yeni məna qazandığını bildirib. 

“Uşaqlara qarşı zorakılıqla bağlı özlərini mədəni və inkişaf etmiş sayan ölkələrdən dünyaya yayılan xəbərlər və görüntülər tarixin heç bir mərhələsində görünməyən dərəcədə dəhşətli bir səviyyəyə çatıb. Belə bir dövrdə xalqımızın böyük tarixi təcrübə əsasında formalaşdırdığı əxlaq normaları, milli dəyərlərimiz, adət-ənənələrimiz yeni bir məna və dəyər qazanır.
Əgər biz bunları unudarıqsa, heç bir qanun uşaqlarımızın təhlükəsiz həyatını tam təmin edə bilməz. Azərbaycanda valideyn–övlad bağlılığı, dövlətə sədaqət, ailə nizamı və milli əxlaq bir-birini tamamlayan əsas sütunlardır. Bu, nadir və dəyərli bir modeldir. Biz bunu qorumalıyıq. Uşaqlarımızı qorumağın ən düzgün yollarından biri də öz milli adət-ənənələrimizi, minilliklərə söykənən tərbiyə və nəsil yetişdirmə təcrübəmizi qoruyub saxlamaq və cəmiyyətə ötürməkdir”.

Sahibə Qafarova isə çıxışının sonunda deputata irad tutub. 

“Tənzilə xanım, təşəkkür edirəm, çıxış etdiniz. Siz ailə dəyərlərinin nəzərə alınmalı olduğunu qeyd etdiniz. Lakin çıxışınızdan nöqsanlar hiss olunur,  guya bu dəyərlər ölkəmizdə lazımi səviyyədə qiymətləndirilməyib.  Bu fikirlə razılaşmaq olmaz. Azərbaycanda ailə dəyərləri yüksək səviyyədə qorunur və bizim burada qəbul etdiyimiz qanunlar, eləcə də bu qanuna edilən təkliflər bunun açıq sübutudur. Düşünürəm ki, hər birimizin borcudur ki, bu reallıqları görək və onları açıq şəkildə ifadə etmək lazımdır”, - spiker vurğulayıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi