Modern.az

Məşqçilər də sertifikasiyaya cəlb olunsun - TƏKLİF

Məşqçilər də sertifikasiyaya cəlb olunsun - TƏKLİF

Parlament

Bu gün, 12:18

Məşqçilərin sertifikasiyaya cəlb olunması lazımdır. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşü zamanı deputat Müşfiq Cəfərov deyib.

“Bilirsiniz ki təhsil və mədəniyyət sahəsində sertifikatlaşdırma prosesi gedir. Düşünürəm ki, idmana da bunu tətbiq etsək çox yaxşı olar”.

Deputat vurğulayıb ki, bələdiyyələri də idmana cəlb etmək lazımdır. 

“Son illərdə Azərbaycanda bələdiyyələrin təxminən 1400-dən 600-ə endirilməsi təklif edildi. Bunların çoxu kənd bələdiyyələridir. Hesab edirəm ki, bələdiyyələri idmana cəlb edə bilərik. Avropanın bir sıra ölkələrində bələdiyyə idman assosiasiyaları var. Bu assosiasiyalar bələdiyyələrdə idmanı təşviq edir və rəqabət mühiti yaranır”,– M.Cəfərov bildirib. 

“Regionlarda öncələr idman federasiyalarının filalları olub. Hazırda 14 iqtisadi rayon var, heç olmasa iqtisadi rayonlarda federasiya nümayəndələrinin olması vacibdir”, - o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı