Modern.az

İranla sərhəd kəndlərin boşaldılmasına imkan verməyək

İranla sərhəd kəndlərin boşaldılmasına imkan verməyək

Parlament

Bu gün, 15:11

İranla sərhəd kəndlərin boşaldılmasına imkan vermək olmaz.  


Modern.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib. 


Deputat qeyd edib ki, İranla sərhəddə yerləşən bölgələrdə vətəndaşların rifahının yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirilməlidir. 


Bu baxımdan o, Cəlilabadda qaz probleminin də diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

"Cəlilabadda son illərdə 35 kənddə elektrik təsərrüfatı tamamilə yenilənib, 2025-ci ildə 27 kənddə bu işlər sürətlə davam etdirilir, 2026-cı ildə daha 10 kənd bu siyahıya əlavə olunub. Cəlilabadın İranla sərhəd olan kəndləri qazla bağlı problemi dilə gətirmək istəyirəm. Bu gün Azərbaycan qazla təminat baxımından 96,6 %-dir, yüksək nəticədir. Azərbaycan dünyada əhalinin təbii qazla təminatı baxımından ilk 10-luqda deyil, hətta birinci yerdədir. bu həqiqətdir. Sadəcə Cəlilabadın 118 kəndi var, onlardan 60-a yaxın kənddə rentabelli olmadığına görə qaz təminatı yoxdur. Çox xahiş edirəm ki, İranla sərhəd kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı layihə həyata keçirilsin, həmin ərazilərdə əhalinin boşaldılmasına imkan vermək olmaz. Bu bizim üçün həyati əhəmiyyətli məsələlərdir. İmkan verməyək ki, sərhədyanı ərazilərimizdə əhalinin sayı azaldılsın", - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?