Modern.az

Sülhməramlılar Laçın dəhlizində nəzarəti GÜCLƏNDİRİB

Sülhməramlılar Laçın dəhlizində nəzarəti GÜCLƏNDİRİB

26 Avqust 2021, 11:43

Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinə nəzarəti gücləndirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ərazidə hərbçilərin sayı artırılıb.

 

Paralel olaraq, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin nəqliyyatın hərəkəti üçün yenidən açılması barədə danışıqlar aparılır.

 

Şuşa yaxınlığında keçirilən danışıqlarda sülhməramlı qüvvələr və Azərbaycan Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak edir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat