Modern.az

Türkiyədən qondarma \"seçkilər\"ə daha bir REAKSİYA

Türkiyədən qondarma \

12 Sentyabr 2023, 20:25

Ermənilərin Qarabağda keçirdikləri qondarma "seçkilər" heç bir formada qanuni ola bilməz.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

 

O bildirib ki, bütün beynəlxalq aləm də bu “seçkiləri” tanımayıb. 

 

Çelik vurğulayıb, Ermənistanın Azərbaycanla sərhədinə əlavə güc yığması və Qarabağdakı qondarma seçkilər bölgədəki sülh üçün təhlükə yaradır.

 

“Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır. Təxribatlar baş verə bilər, lakin heç kimin xeyrinə olmayacaq. Hər kəsin sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”, - AKP sözçüsü qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi