Modern.az

Ermənilər tarix kitablarında \"Qarabağ Azərbaycandır\" yazır

Ermənilər tarix kitablarında \

1 Noyabr 2023, 00:55

Ermənistanda 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan tarix dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Armenia Today" nəşri yazıb.

 

Kitabdakı xəritələrdən birində Qarabağ Azərbaycan ərazisi kimi təqdim olunub.

 

Sözügedən xəritə dərsliyin 80-ci səhifəsində yerləşdirilib. 

 

Dərsliyin müəllifi Smbat Hovhannisyandır. Ermənilər sosial mediada tarixçinin müəllifi olduğu dərsliyə qarşı etiraz çağırışlarına başlayıb və hamını onlara qoşulmağa çağırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat