Modern.az

Ötən həftə daha 141 mina aşkarlandı

Ötən həftə daha 141 mina aşkarlandı

13 Noyabr 2023, 11:48

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

 

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır