Modern.az

Macarıstan Soltanlı kəndinin tikintisinə 30 milyon dollar ayıracaq

Macarıstan Soltanlı kəndinin tikintisinə 30 milyon dollar ayıracaq

Qarabağ

Bu gün, 10:34

Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa işlərinə 30 milyon dollar qrant ayıracaq.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci ildə üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, bununla bağlı Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Macarıstan Yardım Agentliyi arasında "Azərbaycan Respublikası Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisi çərçivəsində yaşayış binalarının yenidən qurulması" layihəsi ilə bağlı qrant vəsaitinin qəbuluna dair Təsdiq Məktubu" imzalanıb.

Sənəd Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilib. ("Report")

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!