Modern.az

Son iqtisadi dəyişikliklərə ŞƏRH

Son iqtisadi dəyişikliklərə ŞƏRH

Təhsil

4 Aprel 2016, 13:33

İqtisadçı-alim Vüqar Bayramov “hamımızın ürəyi cəbhədədir, amma vətəndaşlarımızın son iqtisadi dəyişikliklər ilə bağlı da məlumatlandırılması vacibdir” deyib. Modern.az saytının məlumatına görə, ekspert valyuta bazarında baş verən son dəyişikliklər və növbəti inkişaf tendensiya ilə bağlı fikirlərini bölüşüb.

O, qeyd edib ki, mart ayının sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 milyard 65 milyon dollar olub:

“Bu əvvəlki ayla müqayisədə 39.5 milyon dollar və ya 1 faizə yaxın artım deməkdir. Mərkəzi Bankın valyuta ehtiyatlarını qoruyub saxlaması ötən ay hərraclarda Dövlət Neft Fondunun dolları təklif etməsi ilə bağlıdır. Hərraclara qatılmayan Mərkəzi Bank öz valyuta ehtiyatlarını qoruyub saxlaya bildi. Eyni zamanda Azərbaycanda dövriyyədə olan manat kütləsi 6 milyard 535,8 milyon manata çatıb. Bu, fevral ayının yekunu ilə müqayisədə 147,3 milyon manat çoxdur. Deməli, bir tərəfdən Mərkəzi Bankın xarici valyuta ehtiyatlarında, digər tərəfdən isə manat bazasında cüzi artımlar baş verib.

Bununla belə, son hərraclarda Dövlət Neft Fondunun satışa çıxardığı dollara tələb də olduqca az idi. Hətta son hərracda fond 100 milyon dollardan cəmi 1 milyon dolları sata bilmişdi. Bu isə dollarlaşma səviyyəsinin yüksək olması və bazarın xarıici valyuta təklifi nəticəsində hərraclara çıxarılan pula tələbin olmaması ilə bağlıdır”.

V.Bayramov deyib ki, Dövlət Neft Fondu öz xərcləmələri üçün dollarını manat çevirməlidir:

“Başqa cür öz xərcləmələrini, o cümlədən büdcəyə köçürmələri edə bilməz. Banklar isə həmin pulu almırlar. Deməli, proses belə gedə bilməz. Bütün hallarda fondun dolları satılmalıdır. Banklar dollar almadığı halda isə manata malik olan digər qurum Mərkəzi Bankdır.

Belə olan halda isə güman olunur ki, Mərkəzi Banka növbəti hərraclarda artıq xarici valyuta satışını deyil, dollar alışını həyata keçirəcək. Bu isə manat-dollar məzənnəsinin yenidən stabilləşməsinə gətirib çıxara bilər. Çünki, bu halda dollara yenidən tələb formalaşacaq. Əgər Mərkəzi Bank hərraclara mütəmadi alıcı qismində çıxarsa, bu manatın məzənnəsindəki möhkəmlənmələrin dayanmasına səbəb olacaq. Hətta bu yenidən dolların bahalaşmasına gətirin çıxara bilər. Bu Mərkəzi Banka öz xarici valyuta ehtiyatlarını artırmaq və manat bazasını genişləndirmək imkanı verəcək. Manat bazasının artması isə yenidən bazarda dollara tələbin yüksəlməsi deməkdir”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?