Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin ölkəyə gətirilməsi məqsədilə yola salınıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Gülşən RAUFQIZI