
Məşhur sovet yazıçısı Vladimir Mayakovskinin qızı Nyu-Yorkda vəfat edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Helen Patrisiya Tompson 89 yaşında ailəsinin əhatəsində vəfat edib. Helen Tompson Vladimir Mayakovski ilə Elizabet Zibertin qızı olub.Bundan bir qədər öncə, Sergey Yeseninin oğlu Aleksandr Yesenin 91 yaşında vəfat etmişdi.
Vüqar İsmayılov