Modern.az

Sərdar Cəlaloğlunu qardaşı oğlu şəhid oldu

Sərdar Cəlaloğlunu qardaşı oğlu şəhid oldu

Təhsil

4 Aprel 2016, 15:03

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.  

Bu barədə  Sərdar Cəlaloğlu Modern.az saytına məlumat verib.  

Xatırladaq ki, Rasim Məmmədovun atası Əbdül Məmmədov Birinci Qarabağ Müharibəsinin qazilərindəndir. O, Naxçıvanda döyüşlərdə iştirak edib.

Sədərəkdəki döyüşlərdə onurğasından güllə yarası alan Əbdül Məmmədov əlil arabasında gəzir.  

Əbdül Məmmədov bir müddət əvvəl  Modern.az saytına verdiyi müsahibədə oğlunun Füzulidəki hərbi hissələrin birində tabor komandiri, rütbəsinin də mayor olduğunu bildirmişdi.    


Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?