Dağlıq Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan qızğın döyüşlərdə yüzlərlə erməni hərbçisi məhv edilsə də, düşmən itki sayını gizlətməkdə, onların hamısının adını açıqlamaqdan yayınır. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu dəqiqələrdə açıqlanan məlumata görə, guya erməni tərəfi döyüşlərdə cəmisi 29 hərbçisini itirib. Bu haqda açıqlama verən qondarma Dağlıq Qarabağ Respublikası “Müdafiə Nazirliyi”nin opretaiv şöbəsinin rəisi polkovnik Viktor Arstamyan deyib ki, döyüşlər zamanı 28 hərbçi itkin düşüb.
Qəribədir ki, həmin hərbçilərin hansı şəraitdə itkin düşmələri hələ ki açıqlanmır.
Bəzi mənbələrin iddiasına görə, həmin hərbçilərin böyük hissəsi silahını döyüş bölgəsində ataraq qaçıb. Onların çoxunun Ermənistandan Qarabağa sepratçı rejimi qorumaq üçün göndərilmələrinə bu formada etiraz etdikləri da istisna deyil.
Digər məlumata görə, ermənilər onları itkin kimi qələmə verməklə əslində Azərbaycan ordusu tərəfindən məhv edildiklərini gizlətmək istəyir. Hər halda, 28 hərbçinin itkin düşməsi özü Ermənistan ordusunun döyüş qabiliyətinin nə vəziyyətdə olduğunun göstəricisidir.
Arstamyanın sözlərinə görə, ermənilərin bu döyüşlərdə 101 hərbçisi yaralanıb. O, Azərbaycan Silahlı Qüvvələrinin 14 tankı məhv etdiklərini də vurğulayıb.
Modern.az