Modern.az

Mərkəzi Qan Bankının direktoru: “Cəbhə bölgəsində qan tələb olunmur”

Mərkəzi Qan Bankının direktoru: “Cəbhə bölgəsində qan tələb olunmur”

Təhsil

6 Aprel 2016, 10:39


Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq dünənə qədər davam edən döyüşlərdə yaralanan əsgərlərə kömək etmək məqsədilə insanlar könüllü şəkildə qan verməyə başlayıblar. Mərkəzi Qan Bankından dəfələrlə qana ehtiyat olmadığı bildirilsə də, bu günə qədər 2007 nəfər Mərkəzi Qan Bankında qan verib.

Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva Modern.az-a açıqlamasında bildirib ki, təkcə qurumun özündə deyil, regional bölmələrində də insanlar könüllü şəkildə qan veriblər.

“Mərkəzi Qan Bankı və reügional regional bölmələri ilə birlikdə 2007 nəfər qan verib. Həmin qanlar bu gecə yoxlanılıb və bu gün cavab olacaq. Biz cəbhə bölgəsinə Mərkəzi qan Bankında olan yoxlanılmış ehtiyat qanlardan göndəririk. Könüllülərin verdikləri qanların nəticələri isə bu gün məlum olacaq”.

P.Hacıyeva bildirib ki, dünəndən cəbhə bölgəsindən qan da tələb olunmur.

“Yaralı  olmadığı üçün bizdən qan tələb olunmur. Amma iki gün öncə olan yaralılara qan verilib”.

Qeyd edək ki, Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq dünənə cəbhəyanı ərazilərdə gedən döyüşlərdə 31 hərbiçi şəhid olub.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?