Modern.az

Azərbaycan 23-cü yerdədir – halal turizmdə

Azərbaycan 23-cü yerdədir – halal turizmdə

6 Aprel 2016, 13:36

“Crescent Rating” təhlükəsizlik, yeməklərin keyfiyyəti, Namaz qılmaq sərbəstliyinin yaradılması və s. kriteriyalara görə 130 ölkə arasında sorğu keçirib.

Modern.az xəbər verir ki, aparılan araşdırmaya əsasən Azərbaycan halal turizm imkanlarına görə, 57,3 balla 23-cü yerdə qərarlaşıb.

Halal turizm üçün ən yaxşı ölkələr isə Malaziya (81,9 bal), Birləşmiş Ərəb Əmirlikləri (74,7) və Türkiyə (73,9) qeyd edilib. Onluğa düşən ölkələr İndoneziya, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Sinqapur, Marokko və İordanioyadır.  

Müsəlmanlar üçün heç də yaxşı olmayan turist ölkələri Domnikan Respublikası, Uruqvay, Kolumbiya, Qvatemala, Nikaraqua, Boliviya, Kosta-Rika və Salvadordur.  

Agentliyin əməkdaşlarının hesablamalarına görə, 2015-ci ildə dünyada 117 milyon müsəlman səyahət edib. Bu isə ümumi turistlərin 10 faizidir.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?