Modern.az

Qarabağ probleminin həlli istiqamətində Təmas qrupu yaradılır

Qarabağ probleminin həlli istiqamətində  Təmas qrupu yaradılır

12 Aprel 2016, 21:13

 

“Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı aprelin 14-də dövlət başçıları verəcək”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib.

Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi, APA-nın “Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılacağını dediniz. Qrupa daxil olacaq ölkələr məlumdurmu?” - sualına bu şəkildə cavab verib: ”Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bu  günkü iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, inşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında  qərar da qəbul ediləcək. Təmas qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir, Liviya isə toplantıda təmsil olunub.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?