“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ münaqişəsinin tərəflərində əsirlərin olması barədə məlumatı yoxdur”. Modern.az saytı virtualaz.org-a bildirir ki, bunu BQXK-nın Ermənistanda əlaqə proqramları üzrə nüməyəndəliyinin rəhbəri Zara Amatuni deyib.
"Bu günə qədər biz tərəflərdən əsirlərin olması barədə rəsmi məlumat almamışıq. BQXK-nın mandatına əsasən, bizim tərəflərdə hərbi əsirin olması barədə məlumatımız olsa, onlara baş çəkmək hüququmuz var", - o deyib.
Modern.az