Modern.az

AvroLiqada yarımfinalın püşkü atıldı - RƏQİBLƏR

AvroLiqada yarımfinalın püşkü atıldı - RƏQİBLƏR

Təhsil

15 Aprel 2016, 17:03



Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinalın cütlükləri müəyyənləşib.

"Şaxtyor" "Sevilya", "Vilyareal" isə "Liverpul"la qarşılaşacaq. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi finalda nominal meydan sahibi olacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 18-də İsveçrənin "Sent Yakob Park" arenasında baş tutacaq.

"Şaxtyor" (Ukrayna) - "Sevilya" (İspaniya)
"Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?