Modern.az

Rüstəm Usubov Tofiq Yaqubluya xəbərdarlıq edib

Rüstəm Usubov Tofiq Yaqubluya xəbərdarlıq edib

Təhsil

15 Aprel 2016, 17:57

Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb. Bu barədə APA-ya T. Yaqublunun özü məlumat verib.

O bildirib ki, idarədə baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib:

“Rüstəm Usubov mənə dedi ki, mətbuata müsahibələrimdə müəyyən yanlışlıqlara yol vermişəm.

“Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu.

Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?