
Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin xatirəsi bu gün Türk Dünyası Bakı Atatürk Liseyində yad edilib. Şəhidimizin iki övladı Tayfun və Onur həmin liseydə təhsil alır.
Modern.az lent.az-a istinadən xəbər verir ki, tədbirdə çox önəmli qonaqlar da iştirak edib. Belə ki, Azərbaycan Hərbi Hava qüvvələrinin yüksək rütbəli şəxsləri, həmin gün Təbrizlə havaya qalxan 5 nəfər pilot, Türk Dünyası Araşdırmaları Vəqfinin dekanı, şəhidimizin bütün ailəsi, yaxın adamları Tayfunla Onura birgə dəstək olublar.Onu da qeyd edək ki, şəhidimiz dəfn edilərkən də Tayfun və Onurun bütün müəllimləri və liseydəki dostları onunla birlikdə idi.


Modern.az