
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın evinə tərəf qumbara naməlum şəxs avtomobildən tullayıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Mənbənin bildirib ki, qumbara atılması haqda xəbər daxil olandan sonra hadisə yerinə operativ qrup göndərilib, baş verən olayın aydınlaşdırılması üçün tədbirlər görülüb
İlkin məlumata görə, aprelin 15-də saat 18:25-də Köçəryanın evinə tərəf qumbara atılıb. Qumbara həyətə əsas giriş tərəfə düşüb. Cinayətkar qumbaranı atanda maşında olub.
Hadisə yerinə baxış keçirilib, bəzi şahidlər dindirilib. Axtarış tədbirləri davam etdirilir.
Modern.az