
Baş Cinayət Axtarışı İdarəsi və Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 20-dən cari il martın 14-dək olan müddətdə B.Cəfərova, R.Zülfüqarova, Ş.Tağıyevaya və Y.Əhmədova məxsus həyətyanı sahələrdən ümumilikdə 35 baş qoyun oğurlamış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Anar Şıxzadayev, Rasim Quliyev və İmişli rayon sakini Tural Qənbərəliyev tutulublar.
DİN-in məlumatına görə, araşdırmalar zamanı Rasim Quliyevin aprelin 14-dən itkin düşmüş kimi axtarışda olması da müəyyən edilib.
Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 12-də rayon sakini Ayvaz Osmanova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamış həmyerlisi Ayaz Salmanov tutulub.
Modern.az