Bakı şəhərində mənzildən içərisində 10 min manatlıq qızıl olan seyf oğurlanıb. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlimat yayıb. Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Oqtay İbrahimova məxsus evdən içərisində 10 000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Emil Əliyev yaxalanıb.