Aprelin 16-da Gürcüstanın demək olar bütün ərazisində güclü külək əsib. Modern.az-ın Gürcüstan KİV-n istinadən verdiyi xəbərə görə, saniyəıdə 30 metr sürətlə əsən külək Tbilisidə həyatı demək olar iflic edib.
Paytaxtın bəzi rayonlarında külək ağacları aşırıb, yaşayış binalarının damları uçub, eləcə də elektrik xətlərini sıradan çıxarıb.
Didube rayonunda, Sereteli prospektində və Kereselidze küçəsində böyük ağaclar bir neçə avtomobillərin üzərinə düşüb, yollarda avtomobillərin hərəkəti dayanıb.
Modern.az