Modern.az

"Rahat market" bağlanır

 "Rahat market" bağlanır

Təhsil

16 Aprel 2016, 22:55

 

Respublikamızda daha bir mağazalar şəbəkəsi bağlanır. Modern.az saytı Virtualaz.org saytına istinadən xəbər verir ki, «Rahat market» supermarketlər şəbəkəsinin bağlanması xeyli insanın işsiz qalması ilə nəticələnəcək. Belə ki, Azərbaycanda bu şəbəkənin 28 mağazası var ki, bunların da 22-si Bakıda yerləşir.

Bəs illər boyu qurduğu nəhəng şəbəkəni bir anda dağıtmağa bu mağazaların rəhbərliyini nə vadar edib?

Virtualaz.org-a mağazalar şəbəkəsindən verilən məlumata görə, vergi qanunvericiliyinin sərtləşdirilməsi bu supermarketlərdən ən azi 10-nun fəaliyyətini rentabelsiz edib. Belə ki, bağlanan supermarketlərdən 5-i Bakıda, 1-i Sumqayıtda, qalanları isə Bərdədə, Ucarda və Mingəçevirdədir. Bu supermarketlərin bağlanması, digər xoşagəlməz hallarla yanaşı, 500 nəfərin də işsiz qalması deməkdir.  

Hər şey bütün ölkənin düçar olduğu iqtisadi çətinliklərdənm başlayıb. Əgər ilk devalvasiyaya qədər şəbəkənin ticarət obyektləri 2% həcmində sadələşdirilmiş vergiyə cəlb olunurdularsa, sonradan bu rəqəm 5%-ə qalxıb. Bu zaman ikinci devalvasiya baş verir və vergitutma dərəcəsi daha 1 faiz — 6%-ə qədər yüksəlir. Lakin bu da hələ hamısı deyil. Şəbəkənin işçilərinin sözlərinə görə, ötən il ərzində vergi orqanları şəbəkədə 3 dəfə xronometraj keçiriblər. Bütün bu yoxlamalar onunla nəticələnib ki, vergi işçiləri bundan sonra «Rahat market»in 18%-lik əlavə dəyər vergisi verməli olduğunu da bildirdilər.  

Şübhəsiz ki, vergilərin belə artımı şəbəkənin rentabelliyinə təsirsiz ötüşə bilməzdi.

Əlbəttə, ən asan yolla gedib satılan malların qiymətlərini qaldırmaq olardı, lakin burada bu üsulu yolverilməz hesab ediblər, ələlxüsus, indiki çətin zamanda. Marketlərdə satılan malların 30%-i sosial mallar qrupuna, yəni gündəlik tələbat mallarına aiddir. Qiymət artımı «Rahat»ın qiymət siyasəıtinə də uyğun gəlmirdi. Vəziyyətdən çıxmaq üçün yeganə çətin və ən ağrılı yol qalırdı — şəbəkənin daha az gəlir gətirən üçdə bir hissəsinin bağlanması. Bu da, qısaca desək, birdən birə 10 mağazanın bağlanmasına gətirib çıxaran səbəblərin bütün hekayəsi.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?