Modern.az

Aktyir Məcid Dadaşov vəfat edib

Aktyir Məcid Dadaşov vəfat edib

Təhsil

17 Aprel 2016, 13:47



Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərə çəkilmiş Məcid Dadaşov aprelin 17-də səhər saatlarında vəfat edib.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat veriblər. Aktiyorun xərçəng xəstəsi olduğu bildirilirdi.

Məcid Dadaşov "Bir cənub şəhərində", "Yol əhvalatı", "Azərbaycan naminə" filmlərində çəkilib. Onun "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu xüsusən yüksək qiymətləndirilirdi.

Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?