Xəbər verdiyimiz kimi, keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının qızı Aydan ilə müğənni Elçin Cəfərovun toyu olub. Modern.az saytı xəbər verir ki, ATV-də yayımlanan "Geriyə baxanda" verilişinin qonağı olan xalq şairi Sabir Rüstəmxanlı qızının Elçin Cəfərovla ailə həyatı qurmasından danışıb: "Uşaqlarımın seçimlərinə həmişə sayğı duymuşam. Onun həyatıdır, mən ona müdaxilə edə bilmərəm. Təbii ki, hər atanın, ananın övladları ilə bağlı öz düşüncəsi olur. Amma bu da Allahın yazısıdır. Mən ona heç nə deyə bilmərəm".
Modern.az