Modern.az

Tayfa toyunda 2 min nəfər iştirak edib – FOTOLAR

  Tayfa toyunda 2 min nəfər iştirak edib  – FOTOLAR

17 Aprel 2016, 21:17

 

Şanlıurfanın Suruç rayonunda, Ali Akkuş ilə Devrim Küçükaslanın toyunda silahlar susmayıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, rayon mərkəzindəki boş sahədə keçirilən toyda qonaqlar; türk və kürd dilində mahnıların sədaları altında halay çəkiblər.

Toy mağarına gəlin və bəyin gəlməsi ilə birlikdə aralarında uşaqların da olduğu dəvətlilər, tapança və tüfənglərlə havaya dalbadal atəş açıblar.

Təxminən 2 min adamın iştirak etdiyi toy boyu silahlar susmayıb. 3 gün, 3 gecə davam edən toyda dəvətlilərə yemək də verilib.  


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?