Modern.az

Əhliman Əmiraslanov şəhidlərin yas mərasimində - FOTO

Əhliman Əmiraslanov şəhidlərin yas mərasimində - FOTO

18 Aprel 2016, 09:59

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov aprelin ilk günlərində cəbhə xəttində baş verən toqquşmalarda qəhrəmancasına şəhid olan   Kürdəmir rayonunun Sığırlı kənd sakini, kəşfiyyatçı, Qurbanov Tural Gülşad oğlunun yas mərasimində iştirak edib.

O, şəhidin atasına və doğmalarına başsağlığı verib. Övladlarının vətənin qorunması və işğal altında olan torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq göstərərək şəhid olduğunu qeyd edib.

Əhliman Əmiraslanov  ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti və mükəmməl ordu quruculuğu nəticəsində tezliklə işğal altında olan torpaqlarımızın  tam azad olunacağına əmin olduğunu bildirib. 

Şəhidin atası Gülşad Qurbanov Əhliman Əmiraslanova təşəkkür edərək,  onun hər bir məsələdə seçicilərinə xüsusi həssaslıq və qayğı ilə yanaşdığını vurğulayıb.  

Əhliman Əmiraslanov son döyüşlərdə qəhrəmancasına şəhid olmuş digər Kürdəmir rayon sakini, Mi-24 təyyarəsinin ekipajı, baş leytenant Bəkir İsmayılovun da yas mərasimində  iştirak edərək vətən yolunda həlak olmuş şəhidlərimizə uca Tanrıdan rəhmət diləyib.



Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?