Modern.az

Braziliya prezidentinə impiçmet elan olundu

Braziliya prezidentinə impiçmet elan olundu

Təhsil

18 Aprel 2016, 10:15

 

Braziliya parlamentinin aşağı palatasının ötən axşam keçirilən iclasında ölkə başçısı Dilmça Rusefə impiçment elan olunması barədə qərar verilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, impiçmentin leyhinə 367, əleyhinə isə 167 deputat çıxıb.  

Səsvermə zamanı aşağı palatanın 513 deputatından hər biri tək-tək tribunaya qalxaraq 10 saniyə ərzində impiçmentin leyhinə yaxud əleyhinə səs verdiyini söyləməli idi.

Aşağı palatanın qərarından sonra məsələ Braziliya Senatında gözdən keçiriləcək.  

Əgər senatroların 50%-dən çoxu da Rusefin impiçment olunmasını dəstəkləsələr, onda ölkə başçısı 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılacaq.

Onun funksiyalarını isə vitse-prezident Mişel Temer icra edəcək.  

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?