Modern.az

TQDK 19 şəhərdə imtahan keçirəcək

TQDK 19 şəhərdə imtahan keçirəcək

Təhsil

18 Aprel 2016, 12:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 11-ci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın 19 şəhər və rayonunda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlar üçün 18 apreldə Ana dili və 19 aprel tarixində isə riyaziyyat fənnindən monitorinq imtahanı keçiriləcək.

Monitorinq imtahanların keçirilməsi üçün regionlarda 72 məktəb üzrə 3528  şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Hər iki fənn üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 1 saatdı

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?