Rusiyanın Novosibirsk şəhərində baş tutan “Uşaqlardan-uşaqlara” art-festivalında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da çıxış edib.
Modern.az Rusiya KİV-nə istinadən xəvbər verir ki, azərbaycanlı səfir 14 yaşlı oğlu Murtuzanın dirijorluq etdiyi Novosibirsk akademik simfonik orkestrinin müşayiəti ilə məşhur şlyagerlərini ifa edib.
Konsertin sonunda 3 mahnı ifa edən Polad Bülbüloğlu canlı ifası ilə tamaşaçıların rəğbətini qazanıb.

Vüqar İsmayılov