Modern.az

Azərbaycanda əcnəbilər məcburi sığortadan azad edilir

Azərbaycanda əcnəbilər məcburi sığortadan azad edilir

Təhsil

18 Aprel 2016, 16:34


Azərbaycanda bir qism əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.

Modern.az-ın məlumatına görə, bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial sığorta haqqında” qanuna dəyişikliklər barədə danışarkən deyib.

Qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə görə, sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?