
Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Modern.az saytına bildirib:
O qeyd edib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar:
“Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.
Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib”.
Gülşən RAUFQIZI