Modern.az

Qubada 15 yaşlı qız intihar etdi

Qubada 15 yaşlı qız intihar etdi

Təhsil

26 Aprel 2016, 12:29


Quba rayonunda itkin düşən 15 yaşlı qızın intihar etdiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib.

Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Xatırladaq ki, aprelin 19-da günorta saatlarında Quba rayon sakini, 2001-ci il təvəllüdlü Güldanə Tağıyeva orta məktəbdən çıxmış və geri qayıtmamışdı. G.Tağıyevanın nişanlı olduğu bildirilir.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?