Ötən axşam Yerevanda sərnişin avtobusunu partladan şəxsin kimliyi müəyyən olunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə İstinatq Komitəsinin mətbuat xidməti rəhbəri Sona Truzyan məlumat verib.
Məlumata görə, hadisəni 2 dəfə məhkum olunmuş adı açıqlanmayan şəxs törədib.
Valideynləri ilə gərgin münasibətlərdə olan həmin şəxsin evindən trotil və detonatorlar aşkar olunub.
Ötən axşam 63 nömərli avtobusun partladılması zamanı 2 nəfər həlak olmuş, 8 nəfər isə yaralanmışdı.
Vüqar İsmayılov