Modern.az

Hadi Rəcəblinin Yunanıstana getməsinin səbəbi - FOTO

Hadi Rəcəblinin Yunanıstana getməsinin səbəbi - FOTO

Təhsil

26 Aprel 2016, 15:36


Bu günlərdə Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupunun üzvləri Afina şəhərində olublar.

Modern.az xəbər verir ki, hər iki ölkədə parlament seçkilərindən sonra formalaşmış yeni tərkibdə bu ilk görüş olub.

Səfərdə Azərbaycan tərəfini Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupunun rəhbəri Hadi Rəcəbli və qrupun üzvü Hüseynbala Mirələmov təmsil edib.

4 gün ərzində keçən silsilə görüşlərdə som illər iki ölkə arasında iqtisadi, sosial, mədəni əməkdaşlığın xeyli intensivləşməsindən rəqəmlər və faktlarla söhbət getdi.

Hadi Rəcəbli bildirib ki, Yunanıstan parlamentində Azərbaycana xüsusi maraq və məhəbbət var.

"Bu bir də onunla diqqəti cəlb edir ki, ölkənin 24 nəfərdən ibarət ən böyük dostluq qrupu məhz Azərbaycanla bağlıdır".

Hadi Rəcəbli V çağırışdır ki, Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupuna rəhbərlik edir. Eyni zamanda, 15 ilə yaxın müddətdir qarşı tərəfdən Çiaras Konstantinos və Xarakopulos Maksimos bu işçi qrupunun üzvləridirlər.

Onu da qeyd edək ki, Yunanıstan tərəfindən dostluq qrupunun rəhbəri sabiq mədəniyyət naziri Konstantinos Çavaras da Yeni Demokratiya Partiyasının üzvüdür. Maraqlı faktlardan biri də qrupun 24 nəfər üzvündən 12-si “Yeni Demokratiya” Partiyasını bilavasitə təmsil edir.

Ötən il bu partiyanın 2 üzvü Azərbaycanda keçirilən Parlament seçkilərini müşahidə etmiş, çox yüksək təəssüratla ölkələrinə dönüblər.

Tərkibdə 2-ci daha çox təmsil olunan iqtidar partiyası “Siriza”nın üzvləridir. 4 deputatla təmsil olunan bu partiyanın üzvlərindən ikisi Mustafa Mustafa və Kara Yusuf Ayxantürk əsillidirlər.

Parlament görüşləri 3 mərhələdə keçirildi. İlk görüş Yeni Demokratiya Partiyasının Parlamentdə nümayəndə heyətinin rəhbəri K.Çiaras və digər üzvlər ilə baş tutub. İkinci görüş Siriza Partiyasının üzvləri, eyni zamanda işçi qrupu rəhbərinin müavini xanım Livaniu Zoi ilə oldu. Üçüncü görüş isə Qrupun rəhbəri Konstantinos Çavarasla keçirildi.

Görüşlərdə əməkdaşlığın növbəti mərhələdəinkişafı,parlamentlərarası işçi qrupu səviyyəsində daha da surətləndirilməsi, davam etdirilməsi xüsusilə vurğulandı. Həmçinin Partiyalararası dostluq və əməkdaşlıq məsələləri də müzakirə mövzusu oldu.

Səfər ərəfəsində mərhum eks-prezident Heydər Əliyev haqqında JZL seriyasından Moskvada çapdan çıxmış olan, Hüseynbala Mirələmovun həm müəllifi olduğu əsəri yunan dilinə tərcümə olunmuşdu.

“Ən böyük uğurlarımızdan biri isə dostluq qrupunun təşəbbüsü və Afinadakı səfirliyimizin təşkilatçılığı xarici ölkələrin diplomatik missiyalarının, yerli dövlət və hökumət nümayəndələrinin, yunan mədəniyyət adamlarının, mətbuat və kütləvi informasiya vasitələrinin iştirakı ilə geniş tərkibdə bu kitabın təqdimatı oldu.

Kitabın  müəllifi, deputat Hüseynbala Mirələmov  çıxış edərək təqdimat mərasiminin təşkilatçılarına, tərcüməçilərə,  Azərbaycanın Yunanıstandakı səfirinə, Azərbaycan - Yunanıstan  parlamentlərarası  işçiqrupunun rəhbəri  Hadi Rəcəbliyə, Afinanın “Enalios” Nəşriyyat Evinin əməkdaşlarına dərin minnətdarlığını və hörmətini  bildirib.

O qeyd edib ki, dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı  və   təkrarsızlığı ilə diqqəti  daim cəlb edəcək.

Afinada  keçirilən  təqdimat  mərasimində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Daha  sonra Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının gənc  ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub”,-deyə Hadi Rəcəbli bildirib.  

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?