Modern.az

Çernobıl faciəsi: XX əsrin ən böyük texnogen qəzasından 30 il ötür - FOTOLAR

Çernobıl faciəsi: XX əsrin ən böyük texnogen qəzasından 30 il ötür - FOTOLAR

Təhsil

26 Aprel 2016, 16:12

1986-cı il aprelin 26-da XX əsrin ən böyük texnogen qəzası baş verdi – Ukraynada yerləşən Çernobıl Atom Elekrtrik Stansiyasının 4-cü nüvə reaktrounda partlayış oldu.

Qəza turbogeneratorun kinetik enerjisinin ehtiyat enerji mənbəyi kimi istifadə olunması üçün keçirilən təcrübə zamanı baş vermişdi. Enerji blokunun gücü minimal səviyyəyə endirilmiş, lakin sonradan reaktorun texniki özəlliklərindən dolayı kəskin artmağa başlamışdı.

Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza 2011-ci ilin martında Yaponiyanın Fukusima AES-dəki qəza ilə müqayisə olunur.

Çernobıl qəzası 250 min insanın, o cümlədən 50 minlik Pripyat şəhərinin 36 saat ərzində tamamilə boşaldılmasına səbəb olmuşdu. Qəzadan sonra havaya düşən radikativ maddələr bütün Avropa ölkələrində hiss olunmuşdu. Qəza 10 min insanın radiaktiv zəhərlənmədən ölümünə, minlərlə insanın isə ağır xəsətlənməsinə yol açmışdı.

Faciəsnin nəticələrini aradan qaldırmaq üçün Çernobıla yollanan 7 min azərtbaycanlı da radiasiyadan sağlamlıqlarını itirib.

TASS agentliyinin Moskva bürosunun müxbiri Valeri Zufarov və fotojurnalisti Vladimir Repik, RİA Novosti agentliyinin fotoreportyorları İqor Kostin və Anatoli Rasskazov qəza yerindən fotoreportaj hazırlamışdılar.












Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?