Ermənistan silahlı quvvələrinin daim atəş altında saxladığı yaşayış məntəqələrimizin partlamamış hərbi sursatlardan təmizlənməsi işi davam etdirilir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Modern.az saytına verilən məlumata görə, agentlik tərəfindən Tərtər, Füzuli və Ağdam rayonlarında xeyli partlamamış hərbi sursatlar (PHS) aşkarlanıb.
Belə ki, Tərtər rayonunun Qapanlı kəndində 1 ev və həyətyanı sahədə, 1 tibb məntəqəsidə 9 partlayış yerinə baxış keçirilib. Oradan 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarı ilə 7 000 kv.m. ərazi yoxlanılıb.
Qaradağlı kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və nəticə etibarı ilə 9 700 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.
Cəmi 4 ev və həyətyanı sahə, 1 tibb məntəqəsi, 13 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 16 700 kv.m. ərazi yoxlanılıb.
Füzuli rayonunun Alıxanlı kəndində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb və nəticə etibarı ilə 1 120 kv.m ərazi yoxlanılıb.
Cəmi 5 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilmiş və 1 120 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonunun Təzəkənd kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməmiş və nəticə etibarı ilə 2 000 kv.m ərazi yoxlanılıb.
Əfətli kəndi ərazisindən keçən Qarqar çayı ilə axıb gələn və 25 aprel 2016-cı il tarixində aşkar edilərək, işarələnan 1 ədəd piyada əleyhinə mina (PMN) partlayış yolu ilə zərərsizləşdirilib.
Cəmi 1 ev və həyətyanı sahə, 1 partlayış yeri, 25.04.2016 –cı il tarixində işarələnan 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib.
Bu gün Agentlik tərəfindən 5 ev, 1 tibb məntəqəsi, 20 partlayış yeri yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat, 25.04.2016 –cı il tarixində işarələnmiş 1 ədəd mina zərərsizləşdirilmiş və 19 820 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 7-26 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz və Samux rayonlarında 348 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş və 1 289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Modern.az