Modern.az

Bakıda güclü yanğın –fotolar

 Bakıda güclü yanğın –fotolar

26 Aprel 2016, 21:23

 

Paytaxtda güclü yanğın başlayıb. Modern.az saytı müsavat.com-a istinadən xəbər verir ki, Sabunçuda mazutluq ərazidə güclü yanğın başlayıb. Havanın küləkli olması yanğının miqyasını qısa müddətdə atrırıb. Sabunçu rayonu, Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində baş verən güclü yanğının qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.  

Qeyd edək ki, bu ərazidə yanğının baş verməsi ilk deyil. Bundan əvvəl də eyni ərazidə baş verən güclü yanğın FHN əməkdaşları tərəfindən evlərə yaxınlaşmadan söndürülmüşdü.  

Yanğın baş verən mazutluq ərazi zibilxana kimi istifadə olunur. Sakinlərin zibillik ərazini yandırması nəticəsində mazutluq ərazi də alışıb.    


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?