Modern.az

Azərbaycanlı general Moskvada Ermənistana mesaj verdi

Azərbaycanlı general Moskvada Ermənistana mesaj verdi

27 Aprel 2016, 14:53


“Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımı tədbirləri görür”.

APA-nın verdiyi məlumata görə, bunu Moskvada Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib. Cəbhədə vəziyyətin nəzarət altında olduğunu söyləyən nazir müavini Azərbaycan Silahlı Qüvvələrinin xidmətini layiqincə davam etdirdiyini qeyd edib.

V Moskva Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakının önəmindən danışan K. Vəliyev konfransın mövzusunun vacibliyini diqqətə çatdırıb: "Beynəlxalq terrorçuluqla mübarizə bu gün dünya üçün çox vacibdir.

Terror təhlükəsi bizim regionda da mövcuddur. Buna misal olaraq qonşumuzdan olan təhdidi göstərmək olar. Biz real terror təhlükəsi ilə üz-üzəyik, müharibə vəziyyətindəyik. İnşallah qalib gələcəyik”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?