
“Onsuz da Türkiyədə məlum terror aktlarından sonra prezident İlham Əliyevin səfəri nəticəsində Türkiyə rəhbəri Ərdoğanla görüş baş tutmuşdu. Yəni artıq bu o demək deyil ki, elə Ərdoğan həmişə Azərbaycana səfər etmək istəyəndə Türkiyədə terror aktı baş versin yaxud verməlidir”.
Bu barədə Modern.az saytına açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Ərdoğanın Bakıya səfərinə münasibət bildirərkən söyləyib.Ekspert bildirib ki, əvvəlki planlaşdırılan səfərlərlə indiki səfər arasında situasiya fərqləri var: “Rəcəb Tayibin Ərdoğanın Bakıya gəlmək istəyəndə baş vermiş terror aktları ilə bu dəfə ki səfəri zamanı situasiya eyni deyildi. O baxımdan hesab edirəm ki, Türkiyə dövlət başçısının Azərbaycana səfərləri zamanı Türkiyədə mütləq terror olacağı kimi bir formulun yaranması düzgün yanaşma deyil.
Ərdoğanın Bakı səfəri bu baxımdan nəyisə sübut etmək, kimlərə, harasa siyasi mesaj vermək, yaxud isbatlamaq anlamına gəldiyini düşünmürəm.
Çünki onsuz da həmin terror aktlarından sonra nə zamansa Ərdoğan Bakıya səfər edəcəkdi”-deyə Ərəstun Oruclu bildirib.
Ağa AKİFOĞLU