Modern.az

Siyəzəndə şagirdlərin niyə zəhərləndiyi BİLİNDİ

Siyəzəndə şagirdlərin niyə zəhərləndiyi BİLİNDİ

27 Aprel 2016, 15:45

Siyəzənin Zarat kənd orta məktəbində şagirdlər arasında zəhərlənmə hadisəsi olub. Baş verən zəhərlənmə hadisə ilə bağlı direktor Səadət Ələkbərova açıqlama verib.

Modern.az-a danışan direktor bildirib ki, 5 b sinfinin şagirdləri məktəbdənkənar yerdən-mağazadan keks və qoğal alıb gətiriblər və sinif yoldaşlarının ad gününü qeyd ediblər.

“Onlar 10 dəqiqəlik böyük tənəffüsdə sinif rəhbərlərinə bildiriblər ki, şirniyyatları onlar üçün doğrasın. Şagirdlərlə birlikdə müəllimə də həmin şirniyyatlardan yeyib. Sonra 6 uşaq vəziyyətinin pis olduğunu, ürəkbulanma olduğunu deyib.

Təcili Yardım çağrılıb və şagirdlər təcili xəstəxanaya aparılıb. Mədələri yuyulub və evə buraxılıblar. 2 şagirdb isə sonradan evdən gedib. Beləliklə 8 şagird həmin qidalardan zəhərlənib. Qalan şagirdlərin valideynləri ilə əlaqə saxlanılıb. Onların vəziyyətlərinin yaxşı olduğu bildirilib”.  

S.Ələkbərova deyib ki, zəhərlənmə hadisəsinin məktəblə əlaqəsi yoxdur. “Şagirdlər özləri kənar yerdən alıb gətirmişdilər. Bunu hüquq-mühafizə orqanlarının əməkdaşı, Sanitar-Epidemioloji Stansiyadan gələn şəxs də baxıb təsdiqləyib”. 

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?