Modern.az

“Taliban”ın səhra komandiri məhv edildi

 “Taliban”ın səhra komandiri məhv edildi

27 Aprel 2016, 21:25

 

Əfqanıstan hərbçilərinin və polisin birgə əməliyyatı zamanı ölkənin şimal-şərqindəki Kunduz əyalətinin Çaxardara qəzasında “Taliban” hərəkatının səhra komandirlərindən biri Kori Nacib öldürülüb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda jurnalistlərə əyalətin polis rəisi Muhəmməd Qasım Canqal-Baq məlumat verib.

Onun sözlərinə görə, birgə əməliyyat aprelin 26-dan 27-nə keçən gecə başlayıb və səhərə yaxın başa çatıb. Səhra komandirindən başqa taliblərlə toqquşmada daha iki yaraqlı öldürülüb, 20-si saxlanılıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?