Modern.az

”Düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir” - Vaqif Dərgahlı

”Düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir”  - Vaqif Dərgahlı

28 Aprel 2016, 00:47

 

Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.      

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?